Azərbaycan banklarına təhlükə yaranıb
Tarix: 18-04-2017 15:12 | Bölmə: Slayd


"Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki, reallaşdı. "Atabank" və "Caspian Development Bank” birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi”.

Reyting.az-ın məlumatına görə, bu sözləri tanınmış iqtisadçı Samir Əliyev "Atabank" və "Caspian Development Bank”ın birləşməsinə münasibət bildirərkən deyib.

S.Əliyevin sözlərinə görə, Azərbaycanda bankların konsolidasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub. Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməməsidir. "Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da, eyni sahibi olan bankların birləşməsi realdır”.

S.Əliyev bildirib ki, bu birləşmədən sonra bankların sayı 31 olacaq. Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı

14-ə çatacaq: "Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu baş tutmadıqda isə banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya "stimullaşdıracaq"”.

İqtisadçı qeyd edib ki, körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılması və daha sonra digər banklara birləşdirilməsi tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}