13:25 / 25-09-2017
Lümpenləşən ziyalılar
Generalın oğlu həbs edilib
Tarix: 12-07-2017 10:51 | Bölmə: Slayd


Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov həbs edilib.

Reyting.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin Rüstəm Orucovun həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrənişanlı avtomobilləyol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

"Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddəilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”,-deyə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Qeyd edək ki, Rüstəm Orucov general Novruzəli Orucovun oğludur. Novruzəli Orucov ötən gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Novruzəli Orucov 2007-2012-ci illərdə Könüllü Hərbi Vətənpərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsində çalışıb.

13 mart 2010-cu ildə ona general-mayor hərbi rütbəsi verilib.

2012-ci ilin may ayından dünənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini idi.

 




154 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
7-09-2017, 14:53 Bəzi banklar bağlanacaq