İlham Əliyev: “Daha güclü Azərbaycan quracağıq”
Tarix: 11-04-2018 23:01 | Bölmə: Slayd
İlham Əliyev: “Daha güclü Azərbaycan quracağıq”

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edib: "Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrdən biridir : "Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur.

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır.

Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq.

Yeni qələbələrə doğru!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}