23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
AMEA-ya prezident və İdarə Heyətinə üzvlər seçiblər - Siyahı
Tarix: 08-06-2018 17:30 | Bölmə: Slayd
AMEA-ya prezident və İdarə Heyətinə üzvlər seçiblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dünənki ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.

A.Əlizadə yenidən ona etimad göstərənlərə təşəkkür edərək, deyib: "Bundan sonra da var gücümlə çalışacağam. Qarşımıza qoyulan hədəflərə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev elmimizin qarşısına mühüm vəzifələr qoyub:

"Azərbaycan elmi irəlidə olmalıdır. Bu vəzifələrin icrası bizim elmimizin əsas inkişaf yoludur. Biz Akademiyada aparılan islahatları bir qədər də dərinləşdirməli, intibah yolunu bir qədər də genişləndirməliyik. Qarşımızda duran ən böyük məsələ budur".

Yığıncaqda, həmçinin AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi də seçilib.

AMEA-nın vitse-prezidentləri vəzifəsinə akademiyanın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova, AMEA-nın müxbir üzvü Bilal Bilalov seçiliblər.

Məlumata görə, yığıncaqda Akademiyanın bölmələrinin akademik katibləri də müəyyənləşib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib.

Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi isəTeymur Kərimli olub.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev və AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev seçiliblər.

Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, akademiyanın həqiqi və müxbir üzvləri, deputatlar, ali məktəb rektorları iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}