Nazirliyin tabeliyində yeni qurum yaradılıb - Təyinat
Tarix: 15-06-2018 15:26 | Bölmə: Slayd
Nazirliyin tabeliyində yeni qurum yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti” MMC təsis edilib.

Reyting.az
saytı "APA-Economics”ə istinadla xəbər verir ki, şirkətin məqsədi fermerlərə metodiki tövsiyyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.

Nazirliyin tabeliyində yeni qurum yaradılıb

"Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru isə Leyla Məmmədova təyin olunub.

O, Cenevrə Biznes Məktəbindən Bankçılıq və Maliyyə üzrə Magna Cum Laude fəxri dərəcə ilə məzun olub. Leyla Məmmədova həmçinin, Qafqaz Universitetində və Moskva Biznes Menecmenti Məktəbində təhsil alıb. Türkiyənin Ziraat Bank Akademiyası və ADA Universitetinin ixtisasartırma proqramlarının məzunudur.

O, dövlət səhmli "Azər-Türk Bank”da uzun müddət Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsində çalışıb, daha sonra kariyerasını Sinam informasiya və texnologiyalar şirkətinin "start-up” layihəsinin direktoru olaraq davam etdirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}