Şəhid olanlardan biri QMİ-nin səlahiyyətli nümayəndəsinin qardaşıdır
Tarix: 10-07-2018 23:50 | Bölmə: Slayd
Şəhid olanlardan biri QMİ-nin səlahiyyətli nümayəndəsinin qardaşıdır

Bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərərkən, iki polis zabiti şəhid olub.

Reyting.az-ın əldə etdiyi məlumata görə, şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli, Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Hacı Tahir Abbasovun qardaşıdər.

Hacı Tahir Abbasov Reyting.az-a açıqlamasında faktı təsdiqləyib və qardaşının bıçaqla vurulduğunu deyib.

Onu da qeyd edək ki, Səməd Abbasov Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. O, təltif olunanandan 9 gün sonra şəhid olub.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}