11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
Müğənni Damla polisə müraciət edib - Səbəb
Tarix: 24-02-2018 16:27 | Bölmə: Şou-biznes / Xəbər lenti
Müğənni Damla polisə müraciət edib

Müğənni Damlanın ümumi baxışı 35 milyon olan "Youtube”dəki kanalı silinib.

İfaçının bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.

Damla iddia edir ki, rəsmi kanalını texniki işlərini həyata keçirən Rafiz Cəfərzadə silib:

"Rafiz Cəfərzadə rəsmi "Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim olmayıb. Bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir, halal xoşu olsun.

Bir neçə gün öncə ona müraciət etdim ki, Rafiz, "Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir. Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm, yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsən, o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi”.

Reyting.az saytı "Qafqazinfo”ya istinadla xəbər verir ki, Damla artıq hüquq-mühafizə orqanlarına müraciət edib: “Bu oğurluq cavabsız qalmayacaq. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.





Bölməyə aid digər xəbərlər