14:55 / 18-11-2025
Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib - Foto
14:25 / 18-11-2025
Xıdırlı kəndinə növbəti köç olub
14:21 / 18-11-2025
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
14:14 / 18-11-2025
“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib
14:08 / 18-11-2025
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
14:03 / 18-11-2025
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
13:51 / 18-11-2025
Rusiyada bloqçuları həbs edirlər
13:03 / 18-11-2025
Məşhur aktyora nüfuzlu mükafat verilib
12:55 / 18-11-2025
TƏBİB-lə keçmiş nazirin oğlu arasında sövdələşmə olub - 13 milyon manatlıq
12:44 / 18-11-2025
Yunanıstan və Ukrayna Türkiyəyə qarşı saziş imzalayıblar
12:32 / 18-11-2025
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
12:30 / 18-11-2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
12:26 / 18-11-2025
Ukraynanı 7 milyon insan tərk edib
12:18 / 18-11-2025
Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır
12:17 / 18-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:00 / 18-11-2025
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
11:56 / 18-11-2025
"mygov"da yeni funksionallıq istifadəyə verilib
11:43 / 18-11-2025
Nazirin olduğu təyyarə alovlanıb - Video
11:28 / 18-11-2025
Ukraynanın infrastrukturuna ağır zərbələr vurulub
11:04 / 18-11-2025
İlham Əliyev Omanın Sultanını təbrik edib
10:56 / 18-11-2025
Farhad Məmmədov: Azərbaycan və Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir
10:56 / 18-11-2025
Reyddə saxlanılan 850 minlik “Ferrari”... - Maraqlı məlumat yayılıb
10:35 / 18-11-2025
ADSEA 30 ədəd xidməti maşın sifariş verib
10:20 / 18-11-2025
Xankəndi müasir şəhərsalma standartlarına uyğunlaşdırılır - Fotolar
09:54 / 18-11-2025
Bu ixtisas sahibləri məhkəmələrdə işlə təmin olunacaqlar - Siyahı
09:26 / 18-11-2025
Kapitan həbsxanadan məktub göndərib - Generala ağır ittihamlar
09:21 / 18-11-2025
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir
09:10 / 18-11-2025
Şoyquya sui-qəsd cəhdinin üstü açılıb
09:04 / 18-11-2025
Tramp özünü sadiq “fast food” müştərisi sayır
08:55 / 18-11-2025
Baş katib: ŞƏT davamlı inkişafa üstünlük verir
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
MN-də korrupsiya: general və sabiq idarə rəisləri bir-birini ittiham edir
Tarix: 16-12-2023 21:52 | Bölmə: Cəmiyyət

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə müxtəlif hərbi hissələrin maliyyə xidmət rəisləri, xidmət rəislərinin köməkçiləri ifadə veriblər.
Şahid qismində ifadə verən Namiq Mirzəyev bildirib ki, iki hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, hərbi hissələrə ayrılan pullar onun tərəfindən hesabdan çıxarılıb və nağdlaşdırılıb.
Prokurorun suallarını cavablandıran şahid deyib ki, maliyyə xidməti rəisi olduğu hərbi hissələrdən birində 1 milyon 469 min 589 manat mənimsəmə faktı müəyyən edilib. O bildirib ki, 2021-ci ildə 440 min manat Emin Poladova verib:
"Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı onun tərəfindən 560 min manat dövlətə ziyan vurulduğu müəyyən edilib. Həmin məbləğdən dövlətə 230 min manatı ödəyib. Hazırda 330 min manat ziyan qalıb. Ən qısa zamanda bu məbləği ödəyəcəm".
Digər şahid Elmir Qədirovun sözlərinə görə, onun tərəfindən 500 min manat mənimsənilməsi barədə Maliyyə Nazirliyinin yoxlamalarından sonra akt tərtib edilib. Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda şəxsən iştirak edib və yazılan aktla razılaşıb.
Elmir Qədirov qeyd edib ki, Rövşən Əliyev maliyyə hesabatlarına əlavə vəsaitlərin yazılması barədə ona göstəriş verib: "Mən də göstəriş əsasında maliyyə hesabatlarına əlavə vəsaitlər yazmışam. Şişirdilmiş rəqəmlər nəticəsində əldə olunan vəsaitin 30 faizi mənə çatıb. Qalan hissəsini isə rəisə çatdırmışam".
Şahid bildirib ki, onun tərəfindən vurulan ziyanın 86 min 500 manatını ödəyib. O, əlavə edib ki, təqsirləndirilən Bayram Bayramovdan heç bir göstəriş almayıb: "Mən tapşırıqları korpusların maliyyə xidmətlərinin rəislərindən almışam. Vəsaitlərin 70 faizi isə həmin rəislərə çatdırılıb".
Daha sonra hakim Elmir Qədirovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsini açıqlayıb. Həmin ifadədən məlum olur ki, bəzi sənədləşmələrlə bağlı Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik Rafael Xələfovun göstərişlərini icra ediblər.
Şahid isə məhkəmədə deyib ki, o, ordu korpusunun maliyyə xidmət rəislərinin göstərişlərini icra edib. Onun sözlərinə görə, Nizami Məmmədov və Rafael Xələfovdan heç bir göstəriş almayıb.
Daha sonra ifadə verən Elşən Salamov bildirib ki, maliyyə xidməti rəisi olduğu hərbi hissədə 2 milyon 200 min manat maliyyə sifarişi alıb. Bundan sonra hərbi hissədə nazirlik tərəfindən hərbi hissədə maliyyə təftişi aparılıb:
"Birinci dəfə aparılan yoxlama zamanı Rövşən Əliyevə 300 min manat verdim. İkinci dəfə aparılan yoxlamalardan sonra Sadıq Sadıqova 850 min manat vermişəm. Qalan məbləğ isə mənim özümə qalıb. Mənim tərəfimdən 1 milyon 460 min manat ziyan vurulduğu müəyyən edilib. Bunun 260 min manatını ödəmişəm. Qalan pulu da qısa zamanda ödəyəcəm".
Dövlət Təhlükəsizliyi Xidmətində şahid Elşən Salamovla Cəlal Kazımovun arasında üzləşmə aparıldığı məhkəmədə açıqlanıb. Həmin üzləşmə zamanı Elşən Salamov Cəlal Kazımova 76 min manat vəsait verdiyini deyib. Cəlal Kazımov isə bunun həqiqət olmadığını bildirib.
Daha sonra vəkillərin suallarını cavablandıran Elşən Salamov Rafael Xələfovla düşmənçiliyi olduğunu deyib: "Mənim Rafael Xələfovla aram olmayıb. Rafael Xələfov şeytanın yer üzündəki timsalıdır. Mənim Rafael Xələfovla həm iş həyatımda, həm də şəxsi həyatımda düşmənçiliyim olub. Rafael Xələfov işləri Nizami Məmmədova düzgün məruzə etməyib. Bununla bağlı Nizami Məmmədovun qəbuluna getsəm də, onunla görüşməyimə Rafael Xələfov imkan verməyib".
Daha sonra ifadə verən Zaur İsmiyev deyib ki, ayrı-ayrı vaxtlarda üç hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissələrdən birində 1 milyon 800 min manat mənimsəmə faktı müəyyən edilib. Onun sözlərinə görə, onun tərəfindən ümumilikdə 600 min manat ziyan müəyyən edilib və həmin ziyanın da 168 min manatı ödənilib.
Daha sonra prosesdə - hərbi hissələrin maliyyə xidmətinin rəisləri - Kərəm Xəlilov, Elşad Əkbərov, Yaşar Nəcəfov, Cavid Həsənov, Ramin Qaraxanov, Elmir Cəfərov, Cavid Eyvazov, Əli Hümbətzadə, Qurban Qovcayev ifadə veriblər. Onlar da işlədiyi hərbi hissələrdə baş verən mənimsəmə faktlarından danışıblar. Onların da hər biri mənimsəmə faktları ilə bağlı müxtəlif məbləğlərdə dövlət büdcəsindən ayrılan pulları mənimsəmələri müəyyən edilib. Onların hər biri ifadələrində dəymiş ziyanın bir qisminin ödəniş etdiklərini bildiriblər. Onlar qalan məbləğləri də ödəyəcəklərini söyləyiblər.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, onlar heç kimin həbs olunmasını istəmirlər:
"Amma burada bir haqsızlıq var. Elə maliyyə xidmətinin rəisi var ki, milyondan çox vəsait mənimsəyib, ödəniş etməyib. Amma onun barəsində bir tədbir görülməyib. Amma Vüsal Əlizadə ilə bağlı ittihamda 800 min manat mənimsə faktı müəyyən edilib. Həmin vəsaitdə Vüsal Əlizadə tərəfindən tam ödənilib. Buna baxmayaraq onun barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar necə müəyyən edilib, bizə məlum deyil".
Bundan sonra Müdafiə Nazirliyinin işlər idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik İlqar Məmmədov ifadə verib. O bildirib ki, 2015-2020-ci illərdə hər ayın sonunda maliyyə sifarişlərini təsdiqləyiblər:
"Bu işlərlə rəhbərlik etdiyim idarənin maliyyə xidmətinin rəisi məşğul olub. Yalnız mən sənədlərə imza etmişəm. Sənədlərdən də görünür ki, bu vəsaitlər hər ay müxtəlif məbləğlərdə olub. Bundan başqa, qonaqlar olub, onları qarşılamaq üçün, hədiyyələr almaq üçün maliyyə lazım olub. Biz də bununla bağlı Nizami Məmmədova müraciət etmişik. Nizami Məmmədov da maliyyə olmasa, bir şey fikirləşəcəyini söyləyib. Çünki elə vaxt olub ki, gecəyarısı Nizami Məmmədova müraciət etmişik. Amma vəsait ayrılıb. Bunun hansı vəsait olduğunu bilməmişəm. Bu işlərlə bağlı nazirin, baş qərargah rəisinin göstərişi ilə Nizami Məmmədova müraciət etmişəm".
Daha sonra şahidin istintaqa verdiyi ifadəsindən bir hissə elan olunub. Həmin ifadədən məlum olub ki, 2016-2020-ci illərdə onun əməkhaqqı kartına 20 min 200 manat əlavə ödəniş edilib. Şahid isə bildirib ki, bu texniki səhv olub, o da həmin vəsaiti geri qaytarıb. Bildirib ki, bu illər ərzində ona məzuniyyət, xidməti işlərlə bağlı ödənişlər olunarkən bu məbləğ səhvən köçürülüb.
Suallara cavab verən şahid qeyd edib ki, onun idarəsi birbaşa nazirə tabe olub: "Göstərişləri cənab nazirdən almışam. Bəzən Baş Qərargah rəisi də tapşırıqlar verib. Lakin qonaqlar gələndə, qiymətli hədiyyə alında nazir göstəriş vermişdi ki, maliyyə ayrılması ilə bağlı Nizami Məmmədova deyim. Nizami Məmmədov gecə-gündüz fərqi yoxdur ki, nəsə deyəndə hər zaman vaxtında həll edib".
Şahidin sözlərinə münasibət bildirən Nizami Məmmədov deyib ki, onun idarəsi də birbaşa nazirə tabe olub: "Bütün tapşırıqları nazirdən almışam. Bəzi təxirəsalınmaz ödənişləri də həmin pullar hesabına həll etmişik".
Növbəti proses dekabrın 22-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:03
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
Bu gün, 12:17
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:00
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
Dünən, 18:14
Dünyanın ən bol sulu çayları hansılardır?
Dünən, 13:04
İmişlidə karxanada qəza: sürücü ölüb
Dünən, 12:07
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:02
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Dünən, 09:28
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Dünən, 06:01
Dünyanın ən nəhəng abidələri
15-11-2025, 22:22
Bakıda yaşayış binasında yanğın olub - Video
15-11-2025, 09:08
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
14-11-2025, 15:24
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14-11-2025, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14-11-2025, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
14-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
14-11-2025, 11:19
Xidmətə yararsız gənci əsgərliyə göndərən həkimlər cəzalandırılıb
14-11-2025, 10:35
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
14-11-2025, 08:35
Təyyarə qəzasında həlak olan hərbçilərin cənazələri Türkiyəyə gətirilib
13-11-2025, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
13-11-2025, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
13-11-2025, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
13-11-2025, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
13-11-2025, 13:12
MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
13-11-2025, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
13-11-2025, 12:22
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
13-11-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
13-11-2025, 12:08
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
13-11-2025, 11:09
Sabiq deputat: "Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır"
13-11-2025, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
12-11-2025, 14:42
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
12-11-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 10:00
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
12-11-2025, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür
12-11-2025, 07:32
Rus robotu ilk təqdimat zamanı yıxılıb

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək