Əhaliyə xəbərdarlıq edilib
Tarix: 17-12-2023 11:23 | Bölmə: Cəmiyyət
Əhaliyə xəbərdarlıq edilib

Dekabrın 18-i gündüzədək Azərbaycan ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsaslanaraq əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin güclü küləyin yanğınların söndürülməsinə yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət olunması diqqətə çatdırılır.

Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir:

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}