23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb - (Yenilənib)
Tarix: 19-12-2023 10:27 | Bölmə: Cəmiyyət
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb - (Yenilənib)

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, yanğın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən binadadır.

Hazırda hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

***

Paytaxtın Yeni Yasamal yaşayış massivindəki binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Reyting.az
"Report" a istinadla bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmə rəisi baş leytenant Tural Zahidov deyib.

"FHN 112 qaynar xəttinə sözügedən ünvanda yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal Yanğından Mühafizə bölmələri əraziyə cəlb olunub. Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina və mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - o qeyd edib.






Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}