14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Xəstəxanada olan Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi evə buraxılıb
Tarix: 19-12-2023 15:03 | Bölmə: Cəmiyyət
Xəstəxanada olan Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi evə buraxılıb

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində dekabrın 16-da avtomobil qəzasına düşən Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi xəstəxanadan evə buraxılıb.

Reyting.az
xəbər verir ki, PFL-in icraçı direktor Zaur Hacı-Məhərrəmov və texniki-idman direktoru Elgiz Abbasovun səhhətləri qaydasında düşüb.

Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:54 Sabah yağış yağacaq
Dünən, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb