Polis bir milyard dollarlıq kokain aşkar edib
Tarix: 20-12-2023 11:56 | Bölmə: Cəmiyyət
Polis bir milyard dollarlıq kokain aşkar edib

Avstraliyanın Yeni Cənubi Uels əyalətində polis adam oğurluğunun qarşısını alarkən bir milyard dollar dəyərində kokain yükünü ələ keçirib.

Reyting.az
xəbər verir ki, bazar ertəsi yerli vaxtla saat 06:25-də adam oğurluğuna cəhdlə bağlı polis hərəkətə keçib.

Qara geyimli və üzləri örtülü dörd kişi polislər tərəfindən kompleksin yeraltı dayanacağında “Toyota Yaris” markalı avtomobildə saxlanılıb.

Oğurluq etdikləri iddia olunan şəxslər hadisə yerində yaxalanıb və daha sonra hər biri beş cinayətdə ittiham olunub.

Əməliyyatçılar adam oğurluğu planının nəzərdə tutulan hədəfi müəyyən etdikdən sonra cinayətkarların qaldığı binada axtarış aparılıb.

Axtarış zamanı çarpayının altında yerləşən şkaf və idman çantalarında 722 kiloqram kokain tapılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}