20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş deputatın əmlakı üzərinə həbs qoyulub
Tarix: 22-12-2023 14:43 | Bölmə: Cəmiyyət
Keçmiş deputatın əmlakı üzərinə həbs qoyulub

Rusiyanın Krasnoyarsk diyarında iş adamı və keçmiş deputat Roman Qoldmanın bir milyard yarım rubldan çox məbləğdə əmlakına həbs qoyulub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər.

Məlumata görə, R. Qoldman böyük fırıldaqçılıq ittihamı ilə beynəlxalq axtarışdadır. Hüquq-mühafizə orqanlarının məlumatında bildilir ki, müttəhim Türkiyədədir.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Qoldmana məxsus kənd təsərrüfatı krediti istehlak kooperativinin mindən çox səhmdarının müraciəti olub. İlkin zərərin məbləği bir milyard rubldan çoxdur.

Polis “Qoldman” şirkətlər qrupunun əməkdaşlarına və onun qohumlarına, eləcə də Manski rayonundakı mülkə baxış keçirib və 700 milyon rubldan çox dəyəri olan xüsusi texnikanın ələ keçirilməsi ilə bağlı materialları məhkəmələrə göndərib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər