Rusiyada qeyri-adi təbiət hadisəsi baş verib
Tarix: 22-12-2023 17:06 | Bölmə: Cəmiyyət
Rusiyada qeyri-adi təbiət hadisəsi baş verib

Tatarıstanın Buqulma şəhərində duman səbəbindən səma çəhrayı rəngə bürünüb. MK nəşri Rusiya regionunda baş verən qeyri-adi təbiət hadisəsinə diqqət çəkib.

Reyting.az
xəbər verir ki, dekabrın 22-si səhər saatlarında səmanın rəngi dəyişib. Hadisə şahidləri sosial şəbəkələrdə dumanın qarı, avtomobilləri və binaları çəhrayı rəngə çevirdiyini göstərən fotolar paylaşıblar.

Tatarıstanın cənub-şərqində yerləşən digər yaşayış məntəqələrinin sakinləri də səmanın qəribə rəngindən xəbər veriblər.

Çəhrayı duman adətən müəyyən atmosfer şəraiti ilə əlaqələndirilir. Məsələn, günəş çıxanda və ya batdıqda işıq şüaları səpələnmiş atmosferin qalın təbəqəsindən keçir və bu da dumanın rəngini verir. Bundan əlavə, çəhrayı parıltı su damcılarında və ya dumanda kiçik hissəciklərdə işığın sınması, həmçinin atmosferdə aerozolların olması nəticəsində yaranır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}