Əhaliyə növbəti dəfə xəbərdarlıq edilib
Tarix: 24-12-2023 10:53 | Bölmə: Cəmiyyət
Əhaliyə növbəti dəfə xəbərdarlıq edilib

Hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Güclü küləyin əsasən dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır.

Reyting.az
xəbər verir ki, güclü küləkli hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir:

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}