Gürcüstanın "İstanbul" bazarında silahlı insident: 4 nəfər öldürülüb
Tarix: 09-02-2024 13:22 | Bölmə: Cəmiyyət
Gürcüstanın "İstanbul" bazarında silahlı insident: 4 nəfər öldürülüb

Gürcüstanın Rustavi şəhərində atışma olub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, paytaxt Tbilisidən təxminən 40 kilometr uzaqlıqdakı Rustavi şəhərində yerləşən "İstanbul" adlı bazarda bir nəfər 4 nəfəri güllələyərək öldürüb:

"Hadisə zamanı bir nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Qatil saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır".

Bəzi iddialara görə, hadisə kriminalların "razborkası"ndan qaynaqlanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}