09:51 / 23-04-2025
Çaylarda sululuq artıb
ABŞ-da bank rəhbəri və ailə üzvləri helikopter qəzasında həlak olublar
Tarix: 11-02-2024 09:49 | Bölmə: Cəmiyyət
ABŞ-da bank rəhbəri və ailə üzvləri helikopter qəzasında həlak olublar

Nigeriyanın Access Bankının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Reyting.az
xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, Eurocopter EC 130 helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.(APA)




Bölməyə aid digər xəbərlər