Bakıda itkin düşən məktəbli tapılıb
Tarix: 12-02-2024 10:47 | Bölmə: Cəmiyyət
Bakıda itkin düşən məktəbli tapılıb

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda itkin düşən məktəbli tapılıb.

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdən verilən məlumata görə, VIII sinif şagirdi hazırda dərsdədir.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}