20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gəncədə bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 15-02-2024 16:49 | Bölmə: Cəmiyyət
Gəncədə bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Kəlbəcər Rayon Prokurorluğundan Reyting.az-a bildirilib ki, ötən il noyabrın 2-də 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın öldürülməsi faktı üzrə Kəlbəcər Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hüseyn Abbasova Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər