Bakı sakini Biləsuvarda dəm qazından boğulub
Tarix: 18-02-2024 22:05 | Bölmə: Cəmiyyət
Bakı sakini Biləsuvarda dəm qazından boğulub

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 61 yaşlı Füzuli Əliyev dünən axşam saatlarında kirayə qaldığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

Onun meyiti bu gün aşkar olunub(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}