“Bakı Kristal Zal”a direktor təyin olunub
Tarix: 21-05-2024 10:07 | Bölmə: Cəmiyyət
“Bakı Kristal Zal”a direktor təyin olunub

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Natiq İbrahimov gətirilib.

O şirkətin rəhbərliyində Elçin Məmmədovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb