20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Misir piramidalarının daha bir sirri açılıb
Tarix: 21-05-2024 12:56 | Bölmə: Cəmiyyət
Misir piramidalarının daha bir sirri açılıb

Müasir Misirdə piramidalar səhranın ortasında yerləşir. Buradakı hər bir piramida özünəməxsus texnologiyaya malikdir və müxtəlif şəraitdə tikilib. Bu, indiyə qədər tam tədqiq olunmayıb.

Reyting.a
z-ın məlumatına görə, BBC bildirir ki, amerikalı alimlər Misir piramidalarının sirlərindən birini açıblar.

Qeyd edək ki, son vaxtlara qədər, Gizadakı 31 piramidanın tikildiyi çoxlu sayda daş blokların necə daşıması sual doğururdu. Uilminqtonda yerləşən Şimali Karolina Universitetinin bir qrup aliminin fikrincə, çox güman ki, piramidalar Nil çayının qollarından birinin yaxınlığında tikilib. Hansı ki, indi Sahara səhrasının qumlarında itib.

Amerikalı alimlərin bu ehtimallarına tam dəstək verən misirşünaslar deyiblər ki, uzun illərdir onlar da eyni fikirdədirlər. Misirşünasların fikrincə, böyük ehtimala görə, qədim misirlilər piramidaları tikmək üçün yaxınlıqdakı çaylardan və kanallardan su yolu kimi istifadə etməklə tikinti materiallar daşıyıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər