20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rüşvət alan komandir məhkəmə zalında həbs edilib
Tarix: 22-05-2024 11:52 | Bölmə: Cəmiyyət
Rüşvət alan komandir məhkəmə zalında həbs edilib

Müdafiə Nazirliyinin hərbi hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyevə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

Hökmdə, həmçinin ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib.

Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər