23:15 / 30-01-2026
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
Azərbaycan Mətbuat Azadlığı indeksində geriləyib - 4 pillə
Tarix: 04-05-2019 01:33 | Bölmə: Cəmiyyət

“Sərhədsiz Reportyorlar” təşkilatı növbəti Dünya Mətbuat Azadlığı indeksini açıqlayıb. Sənəddə 180 ölkədə mətbuat azadlığı araşdırılıb. Azərbaycan ötən illə müqayisədə 4 pillə geriləyib, 166-cı pilləyə düşüb.
Sənəd Azərbaycanda həmişəki kimi birmənalı qarşılanmayıb. Hökumət təmsilçiləri, deputatlar indeksi ədalətli saymadıqlarını bildiriblər. Milli Məclisin deputatlarından biri hətta sual edib ki, “bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?...”. Görünən odur ki, “Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır” sualına bir neçə kriteriyanın işığında nəzər salmaq gərəklidirir.
***
Həbsdəki jurnalistlər
Hökumətlər mətbuatın, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün əlverişli mühiti təmin etməlidilər. Jurnalist öz fəaliyyətinə görə basqılara məruz qalmamalı, risq altında olmamalıdır. Bu, həm yerli qanunvericilikdən, həm də ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən doğur.
Durum necədir? 15 ilə yaxın dövr ərzində Azərbaycanda elə il, ay olmayıb ki, həbsxanada jurnalist olmasın. Bəzi hallarda Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, ATƏT məkanına daxil olan ölkələr arasında birinci olub.
2008-2010-cu illərdəki həmin durum ciddi şəkildə dəyişməyib. Novruz bayramından əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan artıq idi. Ən pisi də odur ki, onlar heç də böhtan, təhqir və ya peşə fəaliyyəti ilə birbaşa əlaqəli ittihamlarla məhkum edilməmişdilər. İttihamların əksəriyyətinin peşə fəaliyyəti ilə bağlı olmaması isə heç də məsələni mətbuat, ifadə, jurnalist azadlığı müstəvisindən kənarlaşdırmır. Çünki Azərbaycandakı oxşar işlərlə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar var. Həmin qərarların hamısında jurnalistlərə qarşı ittihamların qurama olması, onları sıradan çıxarmağa xidmət etməsi təsdiqlənib. Ona görə, ittiham nə olursa olsun, Azərbaycanda həbsdə olan jurnalistin məhz peşə fəaliyyətindən dolayı cəzalandırılması baxışı formalaşıb.
Azad fəaliyyət mühiti, jurnalistlərə basqılar
Jurnalistlərin sərbəst fəaliyyət göstərməsi, bilgi toplaması üçün həm də güvənli mühit tələb olunur. Hökumət hər hansı ictimai toplantıdan bilgi toplayan jurnalisti özünün təhlükəsizlik çətiri altına almalıdır.
Durum necədir?
2018-ci ilin sentyabrından bu yana olan dövrdə baş verənlərə nəzər yetirək. Həmin zaman kəsiyində Bakıda yaşanan 10-a yaxın ictimai toplantının (aksiya, yürüş vəs.) hər birində jurnalistlərə basqılar olub. Jurnalistlər deyir ki, fərqləndirici geyimdə olsalar da olay yerinə buraxılmamaq, qaba rəftar üzləşdikləri adi davranışa çevrilib.
Qeyd edilən dövrdə peşə faəliyyətini yerinə yetirən jurnalistlər 10 dəfədən artıq polisə aparılıblar. Müstəqil jurnalist və bloqerlər Ramin Deko, Sevinc Vaqifqızı, Aysel Əhmədova, Nurlaq Qəhrəmanlı dəfələrlə belə rəftarla üzləşiblər. Onlar saatlarla polisdə saxlanılıblar. Peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalan jurnalistlər də olub.
"Mətbuat Azadlığı İndeksi" ilə bağlı açıqlamasında bir deputat ironiya ilə sual etmişdi ki, "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?"... Həmin ölkələrdən biri Finlandiyadır. O Finlandiyada ki, onların hökuməti bu ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalistin daimi polis qoruması altında yaşamasını təmin edib.
Azərbaycanda araşdırmaçı jurnalistlərin durumuna baxaq. Onların ən tanınmışlarından Xədicə İsmayıl ömrünün bir hissəsini həbsxanada keçirməli olmuşdu. Ölkədən çıxışına yasaq qoyulanlar, həbsdə olan araşdırmaçı jurnalistlər də var.
İnformasiya əldə etmək imkanları
Azərbaycan qanunvericiliyi jurnalistlərin informasiyalara çatımını təmin etmək üçün xeyli imkanlar yaradır. Qanunvericilik ictimai məzmunlu bilgiləri öz saytları vasitəsilə açıqlamağı informasiya sahiblərinin üzərinə vəzifə olaraq qoyub. Hansı informasiyalar açıq olmalıdır, qanunvericilik onları açıq şəkildə sadalayır.
Gerçək vəziyyət necədir?
İctimai informasiya sahibi olan qurumların saytları olduqca kasaddır. Bu kateqoriya üzrə ən şəffaf saya biləcəyimiz qurum ondakı informasiyaların heç 60 faizini açıq tutmur. Həm də bu kateqoriyada 50-60 faiz şəffaf olan dövlət qurumlarının sayı əl barmaqlarının sayı qədər deyil. Digər qurumların şəffaflığı 25-30 faiz civarındadır. Jurnalistlər üçün daha vacib olan informasiyalar - maliyyə ilə bağlı bilgiləri isə tam şəkildə heş bir qurum açıqlamır.
Deputatlardan birinin "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?" sualına informasiya açıqlığı kontekstində iki nümunə gətirək. "Mətbuat Azadlığı İndeksi"ndə Türkiyə 157-ci pillədədir. Ancaq həmin ölkənin hər hansı bələdiyyəsinin saytına daxil olmaqla, həmin quruma indiyədək daxil olmuş informasiya sorğularını və cavablarını görmək olar. Rusiya indeksdə 149-cu pillədədir. Azərbaycan jurnalistlərinin məhkəmə proseslərindən bilgi toplaması, çəkiliş aparması ciddi problemlidir, bunu iki gün əvvəl dolayısı ilə Ali Məhkəmənin sədri də vurğulamışdı. Ancaq Rusiyanın bir çox yerlərində açıq məhkəmə prosesləri internet üzərindən canlı yayımlanır...
Belə durumun, müqayisələrin fonunda mətbuatımızın, jurnalistlərimizin azad fəaliyyət imkanlarından danışmaq çox çətindir.
Media qanunları, onların işləməsi...
Qanunlar hər yerdə dəyişdirilir, yenilənir, çağdaş çağırışların tələblərinə uyğunlaşdırılır. Qanunlar Azərbaycanda da dəyişdirilir, ancaq bu dəyişikliklərin hamısı məhdudlaşdırıcı məzmundadır. Son 10-15 ilin qanun yaradıcılığı prosesinə baxdıqda, jurnalistləri öz haqlarından daha geniş yararlanmağa həvəsləndirən qanun dəyişikliyi nəzərə çarpmır. Hamısı məhdudlaşdırıcı məzmundadır. Hüquqi şəxslərin reyestri ilə bağlı bilgilər qapalı elan olundu. Jurnalsitlərin əməliyyat-axtarış qurumlarından bilgi toplamasına çətinliklər yaradıldı. Sərt bloklama düzənləməsi qəbul edildi. Hərbi durumlarda bilgi toplanmasına senzuranın tətbiqi qaydası da qanunvericiliyə gətərildi. Belə dəyişikliklrəin sayı onlarladır.
Bütün bunlara rəgmən jurnalistləri qoruyan qanunlar da var. Baxaq görək, onlar necə işləyir, ümumiyyətlə işləyirmi?
"İnformasiya əldə edilməsi haqqında" qanun jurnalistlər üçün ən önəmli vasitələrdən biridir. Bu qanun bilgi ala bilməyən jurnalistə ombudsman və məhkəmə alətlərindən istifadə etməklə istədiyi bilgiyə "yetişmək" imkanı verir.
Ombudsman Aparatının rəsmi bilgilərində informasiya mübahisələri ilə bağlı ümumiyyətlə statistik data-lar yoxdur. İnformasiya əldə edilməsində bu qurum demək olar ki, tam effektsizdir. Bu qurum indiyə kimi bir dəfə də olsun, informasiya verməyənləri məhkəməyə verməyib.
Məhkəmələrin informasiya əldə etməklə bağlı mübahisələr üzrə sonuncu müsbət qərarı təxminən 10 il əvvəl olub. Ancaq həmin qərarlar da icra edilməyib. Son iki ildə yerli məhkəmələr Turan agentyliyinin informasiya açıqlığı ilə bağlı şikaytələrinin heç birini təmin etməyiblər.
Azərbaycanın cinayət qanunvericiliyi jurnalistlərə qarşı zorakılığı cinayət elan edir, ancaq indiyədək Cinayət Məcəlləsinin həmin maddəsi bir dəfə də olsun tətbiq edilməyib. Azərbaycanın İnzibati Xətalar Məcəlləsi jurnalistlərə informasiya verməkdən yayınan subyektlərin cərimə edilməsini nəzərdə tutur. Ancaq bu mexanizm də indiyə kimi bir dəfə də olsun tətbiq edilməyib...
Qeyd etdiklərim Azərbaycanda mətbuat azadlığının temperaturunu ölçmək üçün faydalana biləcəyimiz kriteriyaların hamısı deyil. Mətbuatın maliyyə qaynaqları kriteriyası var, sahiblik, özünü senzura və sair məsələlər də var. Təəssüflər olsun ki, incələnən kriteriyalar üzrə gəlinən nəticələr Mətbuat Azadlığı İndeksindəki yerimizi kölgə altına almır. Problemləri araşdırmaq, ictimai müzakirələr açmaq, təklifləri dinləmək, istəmək və yaraları müalicə etmək lazımdır.(Turan)
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər