20:50 / 18-11-2025
Finlandiya silah-sursat almaq üçün 1 milyard avro borc götürəcək
20:38 / 18-11-2025
Fidan: Azərbaycan və Ermənistan tarixi fürsətdən istifadə etməlidir
19:33 / 18-11-2025
Hikmət Hacıyev Ağbənd-Kəlalə körpüsü ilə bağlı paylaşım edib
18:46 / 18-11-2025
Çin elektromobil bazarında liderdir
18:42 / 18-11-2025
Gizlədilən xəzinə 400 ildən sonra tapılıb
18:39 / 18-11-2025
Çoxsaylı saytların işində problem yaranıb
17:01 / 18-11-2025
Yeni kosmik təyyarənin sınağı uğurlu olub
16:56 / 18-11-2025
Qarabağa köçənlərin sayı artır
16:26 / 18-11-2025
Yer kürəsini sirli bir peyk müşahidə edir
15:56 / 18-11-2025
Vüqar Bayramov: "Sülh sazişinin icrası ilə Cənubi Qafqazda..."
15:22 / 18-11-2025
Yeni ildə əfv olacaq? - Açıqlama
14:55 / 18-11-2025
Zəngilanda Əlaqələndirmə Qərargahının iclas keçirilib - Foto
14:25 / 18-11-2025
Xıdırlı kəndinə növbəti köç olub
14:21 / 18-11-2025
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
14:14 / 18-11-2025
“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib
14:08 / 18-11-2025
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
14:03 / 18-11-2025
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
13:51 / 18-11-2025
Rusiyada bloqçuları həbs edirlər
13:03 / 18-11-2025
Məşhur aktyora nüfuzlu mükafat verilib
12:55 / 18-11-2025
TƏBİB-lə keçmiş nazirin oğlu arasında sövdələşmə olub - 13 milyon manatlıq
12:44 / 18-11-2025
Yunanıstan və Ukrayna Türkiyəyə qarşı saziş imzalayıblar
12:32 / 18-11-2025
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
12:30 / 18-11-2025
Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verib
12:26 / 18-11-2025
Ukraynanı 7 milyon insan tərk edib
12:18 / 18-11-2025
Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır
12:17 / 18-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:00 / 18-11-2025
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
18:00 / 16-11-2025
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
18:46 / 15-11-2025
Xalq artisti Yaşar Nurinin qızı dünyasını dəyişib
20:14 / 16-11-2025
Altımış beşinci aşırım - Etibar Cəbrayıloğlu yazır
13:27 / 14-11-2025
Xocalıya daha iki köç karvanı gedib - (Yenilənib) - Fotolar
Deputatın oğlunun və qohumlarının həbsi ilə bağlı rəsmi məlumat yayıldı
Tarix: 19-08-2019 17:15 | Bölmə: Cəmiyyət

Azərbaycanın Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri “Relaks” İstirahət Mərkəzindəki yoxlamalarla bağlı məlumat yayıb.
Reyting.az-a daxil olan məlumatda deyilir ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir:
“Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib . Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.
İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.
Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməmişdir. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetirmişlər.
Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunmuşlar.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilmişdir.
Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin baş vermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilmişdir.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır”.
Qeyd edək ki, Mirhəmid Nərimanlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğludur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:01
Yeni kosmik təyyarənin sınağı uğurlu olub
Bu gün, 14:03
Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub
Bu gün, 12:17
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:00
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
Dünən, 18:14
Dünyanın ən bol sulu çayları hansılardır?
Dünən, 13:04
İmişlidə karxanada qəza: sürücü ölüb
Dünən, 12:07
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:02
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Dünən, 09:28
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Dünən, 06:01
Dünyanın ən nəhəng abidələri
15-11-2025, 22:22
Bakıda yaşayış binasında yanğın olub - Video
15-11-2025, 09:08
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
14-11-2025, 15:24
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14-11-2025, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14-11-2025, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
14-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
14-11-2025, 11:19
Xidmətə yararsız gənci əsgərliyə göndərən həkimlər cəzalandırılıb
14-11-2025, 10:35
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
14-11-2025, 08:35
Təyyarə qəzasında həlak olan hərbçilərin cənazələri Türkiyəyə gətirilib
13-11-2025, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
13-11-2025, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
13-11-2025, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
13-11-2025, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
13-11-2025, 13:12
MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
13-11-2025, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
13-11-2025, 12:22
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
13-11-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
13-11-2025, 12:08
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
13-11-2025, 11:09
Sabiq deputat: "Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır"
13-11-2025, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
12-11-2025, 14:42
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
12-11-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 10:00
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
12-11-2025, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək