Məktəb direktoru olmaq istəyən 120 nəfər müsahibəyə çağrılıb
Tarix: 21-08-2019 12:25 | Bölmə: Cəmiyyət
Məktəb direktoru olmaq istəyən 120 nəfər müsahibəyə çağrılıb

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}