16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Valideynləri İŞİD-ə qoşulmuş 82 uşaq Azərbaycana göndərilib
Tarix: 05-03-2020 14:02 | Bölmə: Cəmiyyət
Valideynləri İŞİD-ə qoşulmuş 82 uşaq Azərbaycana göndərilib

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

Reyting.az
xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}