09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Binəqədidə gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib
Tarix: 22-04-2020 16:00 | Bölmə: Cəmiyyət
Binəqədidə gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib

Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib.

Bu barədə Reyting.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub.

Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. 




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq