19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Prorektorun oğurlanmış sərvəti araşdırılır – Məhkəmə
Tarix: 01-11-2016 12:16 | Bölmə: Cəmiyyət / Xəbərlər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər "Odlar Yurdu” Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.(APA)





Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub