İki rusiyalı casusluq ittihamı ilə həbs edilib
Tarix: 14-08-2023 13:56 | Bölmə: Dünya
İki rusiyalı casusluq ittihamı ilə həbs edilib

Polşanın xüsusi xidmət orqanları iki Rusiya vətəndaşını casusluq və “Vaqner” PMC-nin təbliğat materiallarını yaymaq ittihamı ilə həbs ediblər. Reyting.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirib.

Nazir qeyd edib ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi polislə əməkdaşlıq edərək Krakov və Varşavada “Vaqner” qrupunun təbliğat materiallarını yayan iki rusiyalını (Aleksey T. və Andrey Q.) aşkar edərək saxlayıb. Onlar casusluqda ittiham olunurlar.

Xatırladaq ki, bundan əvvəl Polşa kəşfiyyat orqanları Rusiya, Belarus və Ukraynanın 15 vətəndaşını casusluqda şübhəli bilərək həbs edib. Müstəntiqlərin sözlərinə görə, onlar ölkədə mühüm infrastruktura, o cümlədən hərbi obyektlərə nəzarət ediblər, həmçinin təxribat hazırlayıb və təbliğat aparıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər