20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hitlerin nüvə planlarını pozmuş diversant ölüb - Foto
Tarix: 22-10-2018 10:25 | Bölmə: Dünya
Hitlerin nüvə planlarını pozmuş diversant ölüb

İkinci dünya müharibəsi zamanı “Qannersayd” əməliyyatına rəhbərlik edən norveçli Yoahim Ronneberq 99 yaşına vəfat edib.


Reyting.az bildirir ki, “Reuters”in məlumatına görə, Rennberq 1943-cü ildə Noveçin Vemork su elektrik stansiyasında ağır su istehsalını məhv etmək məqsədilə diversiyaya rəhbərlik edib.

Onun hazırlanması atom bombası sonrakı istehsalı üçün böyük əhəmiyyəti olub. Norveçlini əməliyyatın rəhbəri təyin edəndə cəmisi 23 yaşı vardı.

Norveç hakimiyyəti Ronneberqi “Faşist Almaniyasının nüvə ambisiyalarını pozan cəsarətli reydin lideri” adlandırıb. Doğrudur, tarixçilər Üçüncü Reyx həmin vaxt nüvə silahı istehsal edə biləcəyinə şübhə ilə yanaşırlar, eyni zamanda etiraf edirlər ki, 1943-cü ildə risk dərəcəsini müəyyənləşdirmək çətin olub.

Hitlerin nüvə planlarını pozmuş diversant ölüb

“Qannersayd” əməliyyatı Vemorka ikinci hücum cəhdi olub. Birincisi uğursuz nəticələnib: Mürəkkəb hava şəraiti səbəbindən diversiyaya gedənlərin bir hissəsi qayadan yıxılıb, digərlərini gestapo əsir götürüb.

İkinci dəfə hərbçilər tapşırığın öhdəsindən gəliblər. Diversiyadan sonra zavod bərpa olunmayıb, qalan suyu Almaniyaya daşıyıblar.

Renneberq 1919-cu ildə Norveçin Olesunn şəhərində anadan olub. Almaniyanın Norveçə müdaxiləsindən sonra 1940-cı ildə Böyük Britaniyaya qaçıb, orada hərbi hazırlıq keçib və Bemorkla bağlı tapşırığın icra edilməyi üçün təyin olunub.

Müttəfiqlərin qələbəsindən sonra radio repotryoru işləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər