20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İsrail Qəzzada quru əməliyyatından çəkinir?
Tarix: 18-10-2023 16:45 | Bölmə: Dünya
İsrail Qəzzada quru əməliyyatından çəkinir?

HƏMAS-ın 7 oktyabr hücumundan sonra təşvişə düşən və ehtiyatda olan 300 minlik əsgərini iş başına səsləyən rəsmi Təl-Əviv Qəzzaya qurudan hücuma hazırlaşsa da, gözlənilən “Hücum!” əmri ləngiyir.

Reyting.az
xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin sözçüsü polkovnik-leytenant Riçard Heçt əməliyyatlara hazırlıqların davam etdiyini deyib.

Ordu rəsmisi jurnalistlərin israrlarına baxmayaraq, mümkün quru əməliyyatı ilə bağlı şərh verməyib.

Onun sözlərinə görə, növbəti mərhələyə hazırlaşırlar, planlar inkişaf mərhələsindədir: “Hərəkətlərimiz tamamilə fərqli olacaq və daha uzun sürəcək”.

Təhlilçilər İsrailin quru əməliyyatının gecikdirilməsinin arxasında girov böhranı, müttəfiqlərin mülki itkilər üçün təzyiqi və “Hizbullah” təhlükəsinin dayandığını düşünür.

Amma Britaniyanın “Teleqraf” qəzeti yazır ki, HƏMAS-ın hücumundan məəttəl qalan İsrail xalqı daha çox itki verəcək vəziyyətdə deyil. Girov böhranı ilə bağlı danışıqlar davam edir, lakin HƏMAS geri addım atmaq niyyətindənn uzaqdır.

Digər tərəfdən, ərəb ölkələri ilə normallaşma prosesini başladan İsrail quru hücumunun qonşularını qəzəbləndirəcəyindən və regional müharibəni alovlandıracağından ehtiyat edir.

Həmçinin Livan “Hizbullah”ının İsrailin qurudan hücuma keçəcəyi təqdirdə müharibəyə girəcəyi ilə bağlı bəyanatı Təl-Əvivi narahat edən başqa bir məsələdir.

Artıq İsrailin şimal sərhədində qarşıdurmalar intensivləşib. Müdafiə ordusu Livan sərhədində və Qəzzada ağır itkilər verəcəyinə dair narahatlıqlara baxmayaraq, belə bir müharibədə qalib gələ biləcəyinə təkid edir, lakin Təl-Əvivin şimal təhlükəsini necə saxlaya biləcəyi böyük sual olaraq qalır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər