20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstan parlamentində prezidentin impiçmenti qəbul edilməyib
Tarix: 18-10-2023 17:03 | Bölmə: Dünya
Gürcüstan parlamentində prezidentin impiçmenti qəbul edilməyib

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.

İclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.

“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, - deyə o vurğulayıb.

İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.

Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib. Belə ki, impiçmentin qəbulu üçün 100 səs tələb olunsa da, sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər