19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Rusiya neftini daşıyan tankerlər sanksiyaya məruz qalıb
Tarix: 17-11-2023 19:55 | Bölmə: Dünya
Rusiya neftini daşıyan tankerlər sanksiyaya məruz qalıb

ABŞ-ın bu yaxınlarda sanksiyaya məruz qoyduğu üç neft tankeri son aylarda müntəzəm olaraq Rusiyanın “Sokol” xam neftini Hindistana çatdırırmış.

Reyting.az
xatırladır ki, noyabrın 16-da Birləşmiş Ştatlar G7 həddinin 60 dollardan yuxarı satılan Rusiya neftinin daşınmasına görə gəmiçilik şirkətləri və gəmilərinə sanksiyalar tətbiq edib. Beləliklə, Vaşinqton Moskvanı Ukrayna müharibəsinə görə cəzalandırmaq üçün hazırlanmış mexanizmdəki boşluqları bağlamağa çalışır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalara Liberiya bayrağı altında üzən gəmilər daxildir: “Kazan”, “Ligovski Prospekt” və “NS Centuri”. Hər üç “Aframax” tankeri Rusiyanın “Sokol” neftini sentyabrda Hindistanda boşaldıb və onlardan ikisi oktyabrda səfər edib. Qeyd olunur ki, “Sokol” nefti “Rosneft”in törəmə şirkəti tərəfindən idarə olunan “Saxalin-1” layihəsində istehsal edilir.

2022-ci ilin fevralından Rusiya qaz, neft və kömür ixracından 550 milyard avroya yaxın gəlir əldə edə bilib. Orta hesabla, Rusiya Ukraynadakı təcavüzünü maliyyələşdirmək üçün gündə təxminən 900 milyon avro alır. Əvvəllər bildirilmişdi ki, Qərbin Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya Federasiyasının neft dollarlarının üç əsas vergi mənbəyindən əldə etdiyi ümumi gəlirlər təxminən iki dəfə artıb. Təkcə ötən ay Rusiyanın gəliri 13 milyard dollardan çox olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}