Rusiyanın 8,8 milyard dollarlıq aktivi dondurulub
Tarix: 01-12-2023 17:22 | Bölmə: Dünya
Rusiyanın 8,8 milyard dollarlıq aktivi dondurulub

İsveçrə Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində ruslara məxsus təxminən 7,7 milyard İsveçrə frankı (8,81 milyard dollar) məbləğində maliyyə aktivlərini dondurub.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Sanksiyalara nəzarət edən İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bildirib ki, 7,7 milyard frank rəqəmi yalnız son hesablamadır və dəyişdirilməsi mümkündür.

Qeyd olunur ki, İsveçrədə dondurulmuş aktivlərin dəqiq sayını sanksiya siyahısına yeni şəxslərin əlavə edilməsi və ya çıxarılması, habelə digər aktivlərin dondurulması və ya bunun ləğvi ilə bağlı məhkəmə prosesləri səbəbindən demək çətindir.

Daha dəqiq rəqəm 2024-cü ilin ikinci rübünün sonunda, İsveçrə banklarının hökumətə hesabat verəcəyi zaman bəlli olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}