20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ruslar Lvov bölgəsinə hücum edib
Tarix: 09-04-2024 12:27 | Bölmə: Dünya
Ruslar Lvov bölgəsinə hücum edib

Rusiya bu gün Lvov vilayətinə PUA hücumu təşkil edib.

Reyting.az
xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri dronların əksəriyyətini vurub.

Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitskinin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları regionun hava məkanına daxil olan bütün pilotsuz təyyarələri sıradan çıxarıb.

“Təəssüf ki, onların dağıntıları kritik infrastruktur obyektinə ziyan vurub. Yanğın baş verib. Tələfat və xəsarət alan olmayıb. Rayonumuzdakı bütün həyati təminat sistemləri normal rejimdə işləyir”, - Kozitski bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarında rus ordusu “Şahed-131” və “Şahed-136” model PUA-larla Ukraynaya hücum edib. Onlar müvəqqəti işğal olunmuş Krımdakı Çauda burnundan və Primorsko-Axtarskdan (Rusiya) havaya qalxıb. Bundan əlavə, Donetsk vilayətinin işğal olunmuş ərazisindən 4 ədəd “S-300” zenit-raket kompleksi ilə hücuma keçib.

Həmçinin Nikolaev, Odessa, Xerson, Dnepropetrovsk, Poltava, Vinnitsa və Lvov vilayətlərində 20 kamikadze dronu vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər