20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Amerikalı general təhlükə barədə xəbərdarlıq edib
Tarix: 11-04-2024 10:45 | Bölmə: Dünya
Amerikalı general təhlükə barədə xəbərdarlıq edib

Bir neçə həftə ərzində ABŞ-nin əlavə yardımı olmasa, Rusiya Ukraynanın atdığı hər mərmiyə 10 artilleriya mərmisi ilə cavab verə biləcək.

Reyting.az
“Washington Post” nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ ordusunun generalı, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin ali komandanı Kristofer Kavoli Konqresdə çıxışı zamanı deyib.

Hərbçinin sözlərinə görə, ABŞ-dan yeni dəstək olmasa, Ukrayna sursatsız qalacaq.

O, Konqresə Rusiyanın döyüş meydanında irəliləyişini dayandırmaq üçün Ukraynaya daha çox yardımın göstərilməsinin zəruriliyi bildirib.

"Rusiya heç bir dayanma əlaməti göstərmir və Ukraynaya qarşı dayanmaq niyyətində deyil. Rusiya xroniki təhlükə yaradır", - deyə general əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər