Gözdən əlil xanım Sloveniyaya səfir göndərilir
Tarix: 15-04-2024 14:03 | Bölmə: Dünya
Gözdən əlil xanım Sloveniyaya səfir göndərilir

Viktoriya Harrison Britaniyanın ilk gözdən əlil səfiri olacaq. O, avqust ayında Sloveniyada səfiri kimi Britaniyanı təmsil edəcək.

Reyting.az
xəbər verir ki, xanım Viktoriya həm də dünyada ilk gözdən əlil səfir kimi tarixə düşəcək.

V. Harrisonu bu missiyada bələdçi iti Otto müşayiət edəcək.

Qeyd edək ki, Harrison Britaniya Xarici İşlər Nazirliyində diplomatiya üçün işə götürülən ilk görmə qüsurlu işçidir. O, həm də bir çox qərəzli fikirlərlə də qarşılaşıb. Amma həyata müsbət baxır.

Diplomat müsahibəsində deyib ki, görmə itkisi ona insanlarla əlaqə saxlamağa kömək edir.

Qeyd edək ki, diplomatın iti onu hər zaman müşahidə edir və onun gözdən əlil olmasından kiminsə sui-istifadə etməsinə imkan vermir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər