Qəzzada daha 22 fələstinli həlak olub
Tarix: 29-04-2024 10:04 | Bölmə: Dünya
Qəzzada daha 22 fələstinli həlak olub

İsrail ordusu Qəzza zolağını yenidən bombalayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd olunub ki, öətən gecə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Əbu Huseyra küçəsində əl-Tərturi ailəsinə aid evə zərbə endirib. Nəticədə aralarında qadın və uşaqların da olduğu ən azı 5 nəfər həlak olub. Cənubdakı Sabra məhəlləsində isə Hicazi ailəsinə aid evi bombalanıb, burada da azı 2 nəfər ölüb. Ceninə məhəlləsində Hatib ailəsinə, Şabura Qaçqınlar Düşərgəsində isə Havacat ailəsinə və Rəfahda Əbu Taha ailəsinə məxsus evlər evlər vurulub, burada isə ən azı 15 fələstinli ölüb, çoxlu sayda yaralı var.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}