Rusiyanın “Su-57” qırıcıları vurulub
Tarix: 12-06-2024 17:36 | Bölmə: Dünya
Rusiyanın “Su-57” qırıcıları vurulub

Rusiya Federasiyasının Həştərxan vilayətinin Axtubinsk aerodromunun ərazisində bu ölkənin iki “Su-57” qırıcısı zədələnib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov bildirib.

Yusov qeyd edib ki, “Su-57”-nin zədələnməsi Rusiya ərazisində Ukrayna sərhəd xəttindən təxminən 600 km aralıda baş verib.

“İndi deyə bilərik ki, bir “Su-57”-yə ciddi ziyan dəyib, ikinci “Su-57”-yə isə kiçik zərər dəyib. Rus qırıcısı bir anda vuruldu”, - Yusov deyib.

O əlavə edib ki, “Su-57”-lər Ukrayna hava məkanının xəttini keçməyib, çünki ruslar itkilərdən və Ukrayna Hərbi Hava Qüvvələrinin işindən qorxurlar: “Lakin bu təyyarələr rusiyalıların Ukraynanın mülki obyektlərinə hücumlarında istifadə edilib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}