17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Kəşfiyyat dronları Rostovdakı neft bazalarını vurub
Tarix: 18-06-2024 21:55 | Bölmə: Dünya
Kəşfiyyat dronları Rostovdakı neft bazalarını vurub

Ötən gecə Rostovdakı “Azovskaya” və “Azovnefteprodukt” neft bazalarında partlayışlar olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası məlumatlı mənbələrə istinadla yazıb.

Bildirilir ki, dünən gecə Rostov neft anbarları “Azovskaya” və “Azovnefteprodukt” partlayışlar olub, söhbət ümumilikdə 22 yanacaq çənindən gedir.

Mənbə deyib ki, Rusiyaya məxsus neft bazalarını Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri vurub.

Qeyd olunur ki, dəmir yolu vağzalının ərazisində, neft bazaları və yanacaq terminallarının yerləşdiyi limanın yaxınlığında partlayışlar xüsusilə güclü olub. Daha sonra obyektlərdə güclü yanğınlar başlayıb.

Ukrayna hərbi kəşfiyyatına məxsus dronların Rusiyanın neft kompleksi obyektlərinə 20-dən çox uğurlu hücum etdiyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}