ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb
Tarix: 05-07-2024 19:27 | Bölmə: Dünya
ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb

ABŞ Gürcüstanla birgə hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. Buna səbəb Tbilisinin Qərb ölkələrinin Gürcüstanı Rusiya ilə qarşıdurmaya sürükləmək cəhdi ilə bağlı bəyanatıdır.

Reyting.az
xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında dərc olunan sənəddə bildirilir.

ABŞ Müdafiə Nazirliyi bəyan edir ki, Birləşmiş Ştatlar Gürcüstanla strateji ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsinə başlayıb: “Bu baxışın bir hissəsi olaraq, Birləşmiş Ştatlar Gürcüstanda ilkin olaraq 25 iyul-6 avqust 2024-cü il tarixlərinə planlaşdırılan Noble Partner təlimini qeyri-müəyyən müddətə təxirə salacaq”.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, “konkret siyasi qüvvələr” açıq şəkildə Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasını tələb edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər