Parisdə qələbə mitinqi qarşıdurma ilə nəticələnib - Video
Tarix: 08-07-2024 08:47 | Bölmə: Dünya
Parisdə qələbə mitinqi qarşıdurma ilə nəticələnib

Parisdə Respublika meydanında ifrat sağçılara qarşı toplaşan nümayişçilər sol ittifaqın qələbəsini seçki qutusunda qeyd ediblər.

Reyting.az
xəbər verir ki, əllərində Fransa və Fələstin bayraqları daşıyan nümayişçilər ifrat sağçı Milli Birlik əleyhinə şüarlar səsləndiriblər.

Əvvəlcə nümayişdə bayram ab-havası olsa da, sonrakı saatlarda polislə fəallar arasında gərginlik artıb, polisə müxtəlif əşyalar atıblar. Bundan sonra əraziyə çoxlu sayda polis və təhlükəsizlik işçisi ayrılıb.

Qeyd edək ki, seçkidə Yeni Xalq Cəbhəsi koalisiyası seçkidə birinci, prezident Makronun koalisiyası ikinci olub. İlk turda qalib gələn ifrat sağçı alyans bu turda üçüncü yerə düşüb.

Video: My Webpage

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}