Rusiya Ukraynaya çoxsaylı raket zərbələri endirib
Tarix: 08-07-2024 08:58 | Bölmə: Dünya
Rusiya Ukraynaya çoxsaylı raket zərbələri endirib

Rusiya ordusu Ukrayna ərazisinə “Tu-95” strateji bombardmançı təyyarələrdən raket zərbələri endirib.

Reyting.az
xəbər verir ki, bu barədə ilk olaraq gecə saatlarında Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi Telegram kanalı məlumat yayıb.

Məlumata görə, çox güman ki, qanadlı raketlər Volqoqrad vilayətindən “Tu-95” strateji bombardmançı təyyarələrdən buraxılıb.

Hərbçilər əlavə ediblər ki, raketlər saat 02:00-dan sonra ölkənin hava məkanına daxil ola bilər. Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye, Xarkov və Donetsk vilayətlərində hava həyəcanı elan edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər