MKİ direktoru atəşkəslə bağlı danışıqlar üçün Qahirəyə gəlib
Tarix: 09-07-2024 09:35 | Bölmə: Dünya
MKİ direktoru atəşkəslə bağlı danışıqlar üçün Qahirəyə gəlib

ABŞ-nın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün başçılıq etdiyi nümayəndə heyəti Qəzzada müharibəyə son qoymağı hədəfləyən danışıqlar üçün Qahirəyə gəlib.

Reyting.az
xəbər verir ki, nümayəndə heyətinin Misir təhlükəsizlik işçiləri ilə atəşkəs üçün araya gəlməsi gözlənilir.

Misir mərkəzli “Əl-Kahirə” televiziyasının məlumatına görə, ABŞ nümayəndə heyəti Qəzzadakı atəşkəs üçün yeni danışıqlar turuna başlamağı hədəfləyir. Digər tərəfdən, İsrail heyəti də eyni gündə Misirə gəlib. İsrail nümayəndə heyəti ilə əsir mübadiləsi və rifah sərhəd qapısı üçün danışıqlar aparılacaq.

Onu da qeyd edək ki, Qəzza zolağındakı qarşıdurmalarda itkilərin və xəsarət alanların sayı sürətlə artır. Son 24 saat ərzində 40 fələstinli həyatını itirib, 75 fələstinli yaralanıb. Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 38 min 193 nəfər ölüb, 87 min 903 nəfər yaralanıb.

ABŞ və İsrail nümayəndə heyətlərinin gərginliyi azaltmaq və sülhə doğru addım atmaq üçün səylərinin töhfə verəcəyi gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər