Putin-Modi görüşü: baş nazir Moskvaya niyə gəlib?
Tarix: 09-07-2024 16:00 | Bölmə: Dünya
Putin-Modi görüşü: baş nazir Moskvaya niyə gəlib?

Hindistanın baş naziri Narendra Modi Rusiyaya iki günlük səfəri zamanı Ukraynada müharibəni mümkün qədər tez dayandırmağa çağırıb.

Reyting.az
-ın xəbərinə görə, baş nazir hesab edir ki, döyüş meydanında həll yolu tapmaq mümkün deyil və “yalnız dialoq” lazımdır.

“Hindistan həmişə ərazi bütövlüyü və suverenlik də daxil olmaqla, BMT Nizamnaməsinə hörmət etməyə çağırıb. Döyüş meydanında həll yoxdur. Dialoq və diplomatiya irəliyə doğru yoldur”, - Modi Putinə deyib.

Bundan əlavə, Hindistanın baş naziri səyahət agentləri tərəfindən aldadılıb, Rusiya ordusuna qoşulan vətəndaşlarından da narahatlığını ifadə edib.

Ukrayna tərəfi isə üstüörtülü formada Modinin Moskva səfərinə etirazını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş nazirinin Moskvaya gəldiyi gün Rusiyanın Ukraynanı bombardman etdiyini bəyan edib. Onun sözlərinə görə, belə bir durumda Modinin Putini qucaqlayaraq görüşməsi məyusluq və sülh səylərinə sarsıdıcı zərbədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər