Şimali Koreya Rusiyaya elit hərbi heyət göndərib
Tarix: 09-07-2024 16:26 | Bölmə: Dünya
Şimali Koreya Rusiyaya elit hərbi heyət göndərib

Şimali Koreya Rusiyaya elit hərbi təlim heyəti göndərib. Şimali Koreya dövlət mediası bunu əməkdaşlıq sazişlərinin imzalanmasından sonra iki ölkə arasında ilk hərbi mübadilə adlandırıb.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, nümayəndə heyətinə Kim İr Sen adına Hərbi Universitetinin Prezidenti Kim Qum Çol başçılıq edir. O, hərbçilərlə birlikdə bazar ertəsi təyyarə ilə Rusiyaya uçub.

Qeyd olunur ki, səfərin məqsədi və heyətin Rusiya Federasiyasında qaldıqları yer hələlik açıqlanmayıb.

Kim İr Sen adına Hərbi Universitet elit hərbi zabitlər üçün təlim meydançasıdır.

Onu da qeyd edək ki, nümayəndə heyətinin göndərilməsi Rusiya lideri Vladimir Putinin iyun ayında Pxenyana son səfərindən sonra baş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}