Rusiyaya qarşı sanksiya siyahıları genişləndirilib
Tarix: 09-07-2024 17:23 | Bölmə: Dünya
Rusiyaya qarşı sanksiya siyahıları genişləndirilib

İyulun 8-də İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqat Federal Departamenti (EAER) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Bununla İsveçrə Avropa İttifaqının (Aİ) qəbul etdiyi əlavə sanksiya siyahılarına qoşulub.

Reyting.az
xatırladır ki, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünə cavab olaraq, iyunun 24-də Aİ 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı yeni tədbirlər görüb.

Öz növbəsində, EAER öz yurisdiksiyasında daha 69 fiziki və 86 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək.

Yeni sanksiyalar əsasən biznesmenlərə, təbliğatçılara, hərbi və məhkəmə orqanlarının nümayəndələrinə, ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyanlara, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı yönəlib.

Sanksiyaların yeni hədəfləri arasında, xüsusən də Rusiya müdafiə sektorunda fəaliyyət göstərən, eləcə də sanksiyalardan yayınmada fəal iştirak edən maliyyə və ticarət sektorunda fəaliyyət göstərən şirkətlər var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər