Lüks oteldə 6 nəfərin cəsədi tapılıb
Tarix: 17-07-2024 11:06 | Bölmə: Dünya
Lüks oteldə 6 nəfərin cəsədi tapılıb

Taylandın paytaxtı Banqkokda lüks “Grand Hyatt Eravan” otelində 6 nəfərin cəsədi tapılıb.

Reyting.az
-ın məlumatına görə, hadisə yerinə gələn polislər ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən edib.

Qrupun 7 nəfərlik oteldə rezervasiya etdiyi öyrənilərkən, polis araşdırmanı digər itkin şəxs üzərində cəmləşdirib. Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı bir döyüş və ya hücum faktı aşkar edilməyib.

Polis rəisi hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib.

Hadisədə həyatını itirən 6 nəfərdən 2-nin Vyetnam və ABŞ-ın ikili vətəndaşı olduğu öyrənilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}