Bayden antirekordsmendir
Tarix: 31-07-2024 08:22 | Bölmə: Dünya
Bayden antirekordsmendir

ABŞ lideri milli borcun artırılması üzrə bütün sələflərini qabaqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Qərb mediası ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadla hesabat yayıb.

Hesabata görə, Birləşmiş Ştatların lideri Co Bayden dövlət başçısı kimi müddətinin sonunda ABŞ-nin bütün liderləri arasında dövlət borcunun artırılması üzrə rekordçu ola bilər.

2024-cü ilin sonuna borc 8,6 trilyon dollar artaraq 36,3 trilyon dollara çata bilər. Baydenin dövründə borc 7,3 trilyon dollar artaraq iyulun sonunda ilk dəfə 35 trilyon dolları keçib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər